Xüsusiyyətləri: Su ilə incəldildiyi üçün qoxusuz, insan sağlamlığına və ətraf mühitə zərərsizdir. Parlaq strukturu və tərkibindəki qatranın suyu itələmə və buxar keçiriciliyini artırma xüsusiyyəti sayəsində yüksək davamlılığa malikdir. Saralmaya qarşı müqaviməti güclüdür. Parlaq və yüksək örtücülüyə sahib, asanlıqla tətbiq olunan, yaxşı yayılan və yaxşı yapışan boyadır. Asanlıqla silinir. Çatlamır, qabarmır və tökülmür. Örtücülük qabiliyyəti yüksəkdir. Asanlıqla tətbiq edilmə və tez quruma xüsusiyyəti ilə zamana və işə qənaət edir. Ultrabənövşəyi şüaya və işığa davamlıdır. Zaman keçsə də parlaqlığını itirməz və saralmaz. Doldurulma və astarlama prosedurları edilmiş suvaq, beton, eternit, gips kimi materiallara, taxta və metal iç/çöl səthlərə tətbiq edilir.
Həcmi: 2.5 L – 7.5 L – 15 L
İstifadə edilən alətlər:Fırça, saten diyircək və ya boya tapançası İncəltmə nisbəti:Su ilə 5% nisbətində durulamaq olar. Quruma müddəti (20°C): 5 dəq. – toz tutmaz quruma, 30 dəq. – səth quruma, 24 saat – tam quruma Boyana bilən sahə: Tək qatla təqribən 15–20 m²/litr
Polisilan
Xüsusiyyətləri: Akril əsaslı, suda həll olunmuş, mat fasad boyasıdır. Polisilan boya hər növ səthə yapışma gücü yüksək olan, çatlamayan, fırça və rulo izi buraxmayan, çəkildiyi zaman axmayan, suya davamlı və atmosfer təsirlərinə dayanıqlı dekorativ fasad boyasıdır.
İstifadə Qaydaları: Boyanın çəkiləcəyi səth kənar cisimlərdən və köhnə boyadan təmizlənməlidir. Exterior ilə işlənməli, silikonlu astar və ya PoliBinder çəkildikdən 2–3 saat sonra, 15% su ilə incəldilərək rulo və ya fırça ilə ən azı 1 saat fasilə ilə ikiqatçəkilməlidir. Boyanacaq səthdə temperatur 5°C-dən 35°C-yə qədər olmalıdır.
Həcmi: 2.5 L – 10 L – 15 L
Sərfiyyat: 10–12 m²/litr Quruma müddəti: 1–3 saat ərzində Saxlanma Müddəti: Qapağı açılmadan 2 il
Poliakril
Xüsusiyyətləri: Akril əsaslı, suda həll olunmuş, mat fasad boyasıdır. Polisilan boya hər növ səthə yapışma gücü yüksək olan, çatlamayan, fırça və rulo izi buraxmayan, çəkildiyi zaman axmayan, suya davamlı və atmosfer təsirlərinə dayanıqlı dekorativ fasad boyasıdır.
İstifadə Qaydaları: Boyanın çəkiləcəyi səth kənar cisimlərdən və köhnə boyadan təmizlənməlidir. Exterior ilə işlənməli, silikonlu astar və ya PoliBinder çəkildikdən 2–3 saat sonra, 15% su ilə incəldilərək rulo və ya fırça ilə ən azı 1 saat fasilə ilə ikiqatçəkilməlidir. Həcmi: 2.5 L – 10 L – 15 L
Sərfiyyat: 10–12 m²/litr Saxlanma Müddəti: Qapağı açılmadan 2 il
Poli Texture
Xüsusiyyətləri: Akrilik kopolimer əsaslı çöl səth boyası olub, yüksək nəfəsalma qabiliyyətinə malikdir. Səthdəki nahamarlıqları rahatlıqla örtür. Zərbələrə qarşı dayanıqlıdır. Çatlamaz, qabarmaz. Beton, suvaq, MDF kimi səthlərdə xüsusi görüntü əldə etmək məqsədilə və ya dekorativ məqsədlə tətbiq edilir.
İstifadə Qaydaları: İlk olaraq Polistar EXTERIOR ilə çatlar doldurulur. Ardınca Polistar Premier və ya PoliBinder ilə astarlama işi görüldükdən 2-3 saat sonra püskürtücü və ya rulo ilə ikiqat çəkilir. Xüsusi dekorativ görüntü almaq üçün boya hələ qurumamış rulonu tək istiqamətdə hərəkət etdirmək lazımdır. İstifadəyə hazır satılır. İncəltməyə ehtiyac yoxdur. İstifadədə diqqət yetiriləcək xüsuslar: Boyanacaq səthdə rulo izi buraxmamaq üçün boyamanı ara vermədən bitirmək lazımdır. Boyanın tətbiqindən sonra divarınızı yağıntıdan ən az bir gün qoruyun. Boyanın tətbiqi zamanı səth və mühit temperaturu 5–35 °C arasında olmalıdır.
Həcmi: 15 L
Sərfiyyat: Səthin hopduruculuq dərəcəsindən asılı olaraq tək qatda 1–1,5 m²/kq Quruma müddəti: 1–3 saat Tam quruma: 24 saat Saxlanma Müddəti: 2 il
Poli Su-tut
Xüsusiyyətləri: Mühitə dost, silinə bilən, saralmayan, toz və kir tutmayan, örtmə qabiliyyəti yüksək, qoxusuz, elastik quruluşda, ipək kimi, mat iç səth boyasıdır. Tərkibindəki silikon və xüsusi reçinə su itələmə və buxar keçiriciliyini artırma xüsusiyyəti ilə boyanın silinmə qabiliyyətini artırır. Bu xüsusiyyətlər sayəsində, xüsusilə rütubətli şəraitdə qabarmasının və tökülməsinin qarşısını alır.
Həcmi: 2.5 L – 7.5 L – 15 L
İstifadə edilən alətlər: Fırça və ya saten diyircək Durulama nisbəti: Su ilə 15–20% nisbətində Quruma müddəti (20°C):15 dəq., toz tutmaz quruma 30 dəq., sərt quruma 24 saat Boyanılacaq səth: 15–18 m²/litr (16 m²/kq)
Premier Astar
Xüsusiyyətləri: Akril əsaslı, suda həll olunmuş, silikonlu astardır. Polistar Primer-in səthə yapışma gücü yüksəkdir. Su itələyici xüsusiyyətə malikdir. Səthin hopuculuğunu azaldaraq boya sərfini azaldır. Hər növ çöl səthlərdə astar rolunu oynaya bilir.
İstifadə Qaydaları: Boyanacaq səth kənar cisimlərdən və köhnə boyadan təmizlənməli, su ilə 1:1 nisbətdə qarışdırılaraq quru səthə fırça və ya rulo ilə çəkilməlidir.
Həcmi: 2.5 L – 10 L – 15 L
Sərfiyyat: 11–13 m²/L Saxlanma Müddəti: 2 il
Exterior
Xüsusiyyətləri: Akril əsaslı fasad macunudur. Boyanacaq səthin hamarlaşdırılması, çatların doldurulması üçün istifadə olunur. Tez quruyur, suya davamlıdır, atmosfer təsirlərinə dayanıqlıdır, səthin hava keçirməsinə mane olmur.
İstifadə Qaydaları: İşlənəcək səth toz və köhnə boyalardan təmizlənməli, spatula ilə səthə çəkilməlidir. İkinci qat çəkilərkən birinci qat tam qurumuş olmalıdır.
Həcmi: 2.5 L – 10 L – 15 L
Saxlanma Müddəti: 2 il
Betonakontakt
Xüsusiyyətləri: Daxili istifadə üçün. Beton səthlərə gipsin yapışmasını artırır. İstifadəsi asandır, sementin və gips suyunun susuzluğunu azaldır. Səthin səmərəliliyini artırır. Qoxusuz və ətraf mühitə uyğun məhsuldur.
İstifadəsi: İstifadə olunan səth yağ, pas və parafin qalığından tamamilə təmiz olmalıdır, çünki bu, yapışmanın keyfiyyətini azaldır.
İstifadə Qaydaları: Hazırlanmış bir səthə hərtərəfli qarışdırıldıqdan sonra seyrəlmiş primer tətbiq edilir. Səthdə temperatur +5°C-dən +35°C-yə qədər və yüksək rütubətli (hamam, hovuz və s.) olmalıdır. İstifadə zamanı müntəzəm qarışdırın.
Həcmi: 2.5 L – 10 L – 15 L
İstehlak: 1 qatında təxminən 4–7 m²/kq Quruma müddəti: Toxunma üçün 1–2 saat Tam quruma: 24 saat.
Tutqal
Xüsusiyyətləri: Tutqal kağız, taxta və mebel sənayesində istifadə olunur. Ehtiyac duyulduqda su ilə incəldilə bilər. Bakterioloji təsirlərə dayanıqlıdır. Kiflənmir. Qoxusuz və zəhərsizdir.
İstifadə Qaydaları: Yapışdırılacaq səthlər toz, kir və yağlardan təmizlənməlidir. Səth sürətli bir şəkildə tutqallanır və preslənir. İstifadə etməzdən əvvəl qarışdırılmalıdır. Fırça və ya rulo ilə tətbiq olunur. İstədiyiniz yapışmanı əldə etmək üçün temperaturun 10–23°C arasında olmasına diqqət yetirilməlidir.
Həcmi: 2.5 L – 10 L – 15 L
Sərfiyyat: Tətbiq səthinə bağlı olaraq təxminən 4–7 m²/kq. Saxlanma Müddəti: 2 il