Xüsusiyyətləri: ULTRA boya hər növ səthə yapışma gücü yüksək olan, çatlamayan, fırça və rulo izi buraxmayan, çəkildiyi zaman axmayan, dayanıqlı, antibakterial, silikonlu, dekorativ iç səth boyasıdır. Yüksək örtücülüyə malikdir, yuyula biləndir. Tərkibindəki silikon sayəsində rütubətli mühitlərdə səthin qabarmasının və tökülməsinin qarşısını alır.
İstifadə qaydaları: Boya çəkiləcək səth kənar cisimlərdən və köhnə boyadan təmizlənməlidir. Səthin son qat boyamaya düzgün hazırlanması nəticəsində boya daha möhkəm yapışacaq, hamar və qüsursuz olacaq, eyni bərabərlikdə quruyacaq və daha uzunömürlü olacaq. İlk olaraq Polistar EXTERIOR ilə çatlar doldurulur. PoliBinder və ya Polistar Premier Astar çəkildikdən 2–4 saat sonra 15% su ilə incəldilərək rulo və ya fırça ilə ən az 1 saat fasilə ilə iki qat çəkilir. Tətbiq zamanı səth və mühit temperaturu 5–30 °C arasında olmalıdır.
Həcmi: 2 L – 10 L – 15 L
Sərfiyyat: Səthin hopduruculuq dərəcəsindən asılı olaraq tək qatda 12–14 m²/l-dir. Quruma müddəti: 1 saat Tam quruma: 20 saat
Polilux
Xüsusiyyətləri: Akril əsaslı, suda həll olunmuş, mat fasad boyasıdır. Polistar boya hər növ səthə yapışma gücü yüksək olan, çatlamayan, fırça və rulo izi buraxmayan, çəkildiyi zaman axmayan, suya davamlı və atmosfer təsirlərinə dayanıqlı dekorativ fasad boyasıdır.
İstifadə qaydaları: Boyanın çəkiləcəyi səth kənar cisimlərdən və köhnə boyadan təmizlənməlidir. Exterior islanmalı, silikonlu astar və ya PoliBinder çəkildikdən 2-3 saat sonra, 15% su ilə incəldilərək fırça və ya rulo ilə ən azı 1 saat fasilə ilə iki qat çəkilməlidir. Boya tətbiq olunan səthdə temperatur 5 °C-dən 35 °C-ə qədər olmalıdır.
Həcmi: 2 L – 10 L – 15 L
Sərfiyyat: 10–12 m²/litr Quruma müddəti: 1–3 saat ərzində Saxlanma müddəti: Qapağı açılmadan 2 il saxlanıla bilər
Poliplus
Xüsusiyyətləri: Akril əsaslı, suda həll olunmuş, yüksək dayanıqlı, plastik mat boyadır. PoliPlus boya hər növ səthə yapışma qabiliyyəti yüksək olan, çatlamayan, fırça və rulo izi buraxmayan, çəkildikdə axmayan, dayanıqlı dekorativ iç səth boyasıdır.
İstifadə qaydaları: Boya çəkiləcək səth tozdan və köhnə boyadan təmizlənməlidir. PoliBinder çəkildikdən 2–3 saat sonra, 15% su ilə incəldilərək rulo və ya fırça ilə ən azı 1 saat fasilə ilə ikiqat çəkilir. Boyanacaq səthdə temperatur 5–35°C arasında olmalıdır.
Həcmi: 2 L – 10 L – 15 L
Sərfiyyat: 10–12 m²/litr. Quruma müddəti: Otaq temperaturunda ilkin quruma – 1 saat Saxlanma müddəti: Qapağı açılmadan 2 il saxlanıla bilər Tam quruma: 20 saat
Poliplastic
Xüsusiyyətləri: Akril əsaslı, suda həll olunmuş, yüksək dayanıqlı plastik mat boyadır. Poliplastik boya hər növ səthə yapışma qabiliyyəti yüksək olan, çatlamayan, fırça və rulo izi buraxmayan, çəkildiyi zaman axmayan, dayanıqlı dekorativ iç səth boyasıdır.
İstifadə qaydaları: Boya tozdan və köhnə boyadan təmizlənməlidir. PoliBinder çəkildikdən 2–3 saat sonra 15% su ilə incəldilərək rulo və ya fırça ilə ən azı 1 saat fasilə ilə ikiqat çəkilir. Boyanacaq səthdə temperatur 5–35°C arasında olmalıdır.
Həcmi: 2 L – 10 L – 15 L
Sərfiyyat: 8–10 m²/litr. Quruma müddəti: Otaq temperaturunda ilkin quruma – 1 saat Saxlanma müddəti: Qapağı açılmadan 2 il saxlanıla bilər Tam quruma: 20 saat
Binder
Xüsusiyyətləri: Səthə yapışma gücü yüksəkdir. Su itələyici xüsusiyyətə malikdir. Səthin hopuculuğunu azaldaraq boya sərfini azaldır. Hər növ iç və çöl səthlərdə yapışmanı artıran astardır.
İstifadə qaydaları: BINDER su ilə qarışdırılır (iç işlərdə 1:7, çöl işlərdə isə 1:5 nisbətində) və fırça və ya rulo ilə çəkilir. Çəkilməzdən öncə səth hər cür yağ, toz və kirlərdən təmizlənməlidir.
Həcmi: 1 Kg – 4 Kg
Quruma müddəti: 2-3 saat (20 °C) Saxlanma müddəti: 2 il