Haqqımızda
Polisan – Azərbaycan MMC

“Polisan – Azərbaycan” MMC 2004-cü ildən fəaliyyət göstərir. Biz Azərbaycan kimya sənayesi sahəsində uğurla fəaliyyət göstərən və davamlı inkişaf modelini dəstəkləyən aparıcı şirkətlərdən biriyik. Şirkətimiz boya istehsalını Alman texnologiyasına əsaslanan müasir avadanlıqlarla təchiz olunmuş zavodda həyata keçirir.

2005-ci ildən etibarən Türkiyədən boya məhsullarını həm gətirərək, həm də yerli istehsal bazasında təqdim etməyə başladıq. Əvvəl su əsaslı boyalarla başlayan istehsalımız bu gün sintetik, sellülozik və su əsaslı məhsulları da əhatə edir. Məhsullarımız AZS standartlarına uyğun laborator mühitdə hazırlanır və qablaşdırılır.
Nizam, Keyfiyyət və Etibar

Polisan – Azərbaycan MMC olaraq istehsalat proseslərimiz ciddi nizam-intizam qaydalarına əsaslanır. Depomuzda saxlanılan bütün məhsullar standartlara uyğun olaraq qorunur və sifarişlər ünvanlara vaxtında çatdırılır. Keyfiyyətli məhsul və uyğun qiymət siyasətimiz sayəsində bazarda tanınır və müştərilərimizin etimadını qazanmışıq.

Şirkətimiz 2018-ci ildən etibarən yeni bir mərhələyə qədəm qoyaraq məhsullarımızı “Polistar” brendi altında istehsal etməyə başlamışdır. Məqsədimiz dürüstlük, şəffaflıq və davamlı inkişafla yanaşı, həm də xarici bazarlarda iştirak imkanlarını genişləndirməkdir.
Polistar Məhsulları

Sintetik əsaslı məhsullar
• Parlaq lux boya, parlaq boya, mat boya
• Antipas boya, alüminium boya, bronza boya
• Yat vernik, parket lak, sintetik tiner

Sellülozik əsaslı məhsullar
• Sellülozik boya, sellülozik dolğu, vernik
• Hammerton boya, sellülozik tiner

Su əsaslı məhsullar
• Ultra, Polilux, Poliplus, Poliplastic, Binder
• Diamond, Polisilan, Poliakril, Poli texture, Poli su-tut
• Premier astar, Exterior, Betonkontakt, Tutqal
Gələcəyə Baxış

Azərbaycanda aparılan yenidənqurma və tikinti işləri, qeyri-neft sektoruna verilən dəstək və sahibkarlığa olan münasibət Polistar üçün yeni imkanlar yaradır. Biz yerli istehsalı gücləndirməklə ölkə iqtisadiyyatına töhfə verməyə davam edəcəyik.
Sertifikatlar

Polistar məhsulları AZS standartlarına uyğunluq sertifikatına malikdir. Sertifikatlarımız məhsullarımızın rəsmi keyfiyyət göstəricisi olaraq dövlət qeydiyyatına alınmışdır.