Xüsusiyyətləri: Polistar Sellülozik Parlaq Boya olduqca mükəmməl yayılan, yüksək örtmə gücünə sahib, şərt və cızılmalara dayanıqlı bir qat yaradır, rəng və parlaqlığını uzun müddət qoruyur. Fiziki təsirlərə dayanıqlıdır.
İstifadə yerləri: Daxili istifadə məqsədli mebel və dekorasiya işlərində, MDF, preslənmiş taxta və hər növ taxta səthlərdə istifadə olunur. Həmçinin metal səthlər üçün də istifadə oluna bilər.
İstifadə qaydaları: Çarpaz şəkildə 2 və ya 3 qat vurulur. Solventin buxarlanması üçün hər qat arasında 5 dəqiqə gözlənilməlidir. Püskürtmə metodu ilə istifadə olunur. Püskürtmə metodu ilə səthlərə birbaşa tətbiq olunduğu kimi, Sellülozik Astar və ya Poliuretan Astarla astarlanmış, zımparalanmış quru səthlərə də püskürtmə ilə 2-3 qat vurulur.
Həcmi: 0.75 L – 2.5 L – 15 L
Sərfiyyat: Tək qatda 30–35 mikron qalınlığında quru təbəqə yaradacaq şəkildə tətbiq edilərsə, 8–10 m²/litr. Quruma müddəti: 35–45 dəqiqə Tam quruma: 5 saat Saxlanma müddəti: 2 il
Sellülozik Dolğu Vernik
Xüsusiyyətləri: Fiziki və kimyəvi təsirlərə davamlıdır. Asan çəkilir və sərtdir.
İstifadə yerləri: Hər növ ağac səthlərinin doldurulması və hamarlaşdırılması üçün istifadə olunur.
İstifadə qaydaları: Sellülozik tinerlə incəldilərək səthə çəkilir. 5–6 saatdan sonra cilalana bilər.
Həcmi: 0.75 L – 2.5 L – 12 L
Sərfiyyat: 10 m²/litr. Quruma müddəti: 5–6 saatda quruyur. Tam quruma: 24 saat (20°C). Saxlanma müddəti: 3 il
Hammerton Boya
Xüsusiyyətləri: Metal səthlərin işlənməsində aradan qaldırılması çətin olan qüsur və nahamarlıqları asanlıqla örtür. Səthə dekorativ görüntü verir, hətta nahamarlara belə yaxşı yapışır. Nəmə davamlılığı yüksəkdir, parlaqlığı uzunmüddətlidir və tez quruyur.
İstifadə yerləri: Hər növ metal aksessuarların, avadanlıqların, ehtiyat hissələrinin, elektrik panellərinin, aksesuarların, maşın və mexanizmlərin, liftlərin, dəmir qapı və darvazaların boyanmasında istifadə olunur.
İstifadə qaydaları: Boya istifadəyə hazır vəziyyətdədir. Heç bir əlavəyə ehtiyac yoxdur. Boyanacaq səth quru və təmiz olmalıdır. Boyama aparılan yerdə toz və külək olmamalıdır. Boyama püskürtmə ilə aparılmalıdır. Səth üzərinə vurulacaq boya qatının qalınlığının eyni olması tövsiyə olunur. İdeal görüntü yaratmaq üçün 2–3 atmosfer təzyiq ilə 25–30 sm məsafədən püskürtmə aparılmalıdır.
Həcmi: 0.75 L – 2.5 L
Quruma müddəti: 2 saatda quruyur Tam quruma: 24 saat Saxlanma müddəti: 2 il
Sellülozik Tiner
Xüsusiyyətləri: Yüksək keyfiyyətli, uçucu komponentlərdən hazırlanmış sellülozik həlledicidir.
İstifadə yerləri: Hər növ nitrosellülozik əsaslı boyaların, astar və lakların incəldilməsində istifadə olunur.
Təhlükəsizlik şərtləri: R10 – Asanlıqla alovlana bilir. R20/21/22 – Nəfəs alındıqda, dəri ilə təmasda olduqda və udulduqda sağlamlıq üçün zərərlidir. S51 – Yalnız yaxşı havalandırılan yerlərdə istifadə edin.
İstifadə qaydaları: Çarpaz şəkildə 2 və ya 3 qat vurulur. Solvent buxarlanması üçün hər qat arasında 5 dəqiqə gözlənilməlidir. Püskürtmə metodu ilə istifadə olunur. Püskürtmə metodu ilə səthlərə birbaşa vurulduğu kimi, Sellülozik Astar və ya Poliuretan Astar ilə astarlanıb, zımparalanmış quru səthlərə də 2–3 qat vurula bilər.
Həcmi: 0.75 L – 2.5 L – 3.75 L– 12 L
Quruma müddəti: 35–45 dəqiqə Tam quruma: 5 saat Saxlanma müddəti: 3 il